Yeni mövsümdə kişi voleybolçular arasında Yüksək Liqada çıxış edəcək “Xilasedici” komandası heyətini üç oyunçu ilə gücləndirib.
SİA xəbər verir ki, komanda serbiyalı Aleksandar Tumbas, rusiyalı Stanislav Rudnin və kubalı Qustavo Almoranın keçidini rəsmiləşdirib. Həmin voleybolçularla 1 illik müqavilə imzalanıb.
Bakı klubu daha əvvəl İvan Volodin, Aleksandr Popleteyev (hər ikisi Rusiya), Luis Rodriges (Kuba), Dmitri Baranov (Bolqarıstan) və Asif Əliyevi transfer edib.