“İdman Azərbaycan” kanalına təyin olun yeni rəhbər KİMDİR? - FOTO

11 Oktyabr 2024 11:28 (UTC+04:00)

“İdman Azərbaycan” kanalına yeni rəhbər təyin olunub. SİAxəbər verir ki, kanala bundan sonra rejissor Zaur Zeynal rəhbərlik edəcək.

“Mədəniyyət” kanalının rejissoru işləyən Z.Zeynal daha çox şou-biznes sahəsində tanınır.

Qeyd edək ki, bir neçə gün əvvəl kanalın direktoru Rövşən Binnətli vəzifəsindən kənarlaşdırılmışdı. Onun yerinə isə müvəqqəti olaraq tanınmış idman şərhçisi Fikrət Adıgözəlli təyin edilmişdi.