Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı müraciət yayıb. SİA İdarəyə istinadən xəbər verir ki, müraciətdə deyilir: “Sinoptiklərin məlumatına görə, bu gündən başlayaraq oktyabrın 15-dək ölkə ərazisində hava şəritinin qeyri-sabit keçəcəyi bildirilib. Bəzi rayonlarda külək və leysan xarakterli yağışla müşahidə olunan kəskin dəyişməsi gözlənilir.
Baş DYP İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək fəsadların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlara yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi, sürücülərdən sürət həddini hava şəraitinə uyğun seçməyi, külək tutan açıq ərazilərdə ehtiyatlı olmağı, yağışlı havada daha çox ara məsafəsi saxlamağı, qəfil manevr və ya kəskin tormazlama etməkdən çəkinməyi tövsiyə edir.
Qeyri-sabit hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərə alaraq, piyadaları da yollarda məsuliyyətli olmağa çağırırıq”.