Pakistanda vəhşilik

11 Oktyabr 2024 10:59 (UTC+04:00)

Pakistanın Bəlucistan əyalətində kömür mədəninə silahlı hücum edilib. İlkin məlumata görə, faciəs nəticəsində 20 nəfər ölüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, "Dawn" qəzetinin məlumatına görə, polis rəsmiləri vilayətin Duki bölgəsindəki kömür mədəninə silahlı şəxslər tərəfindən hücum edildiyini açıqlayıb.

Səlahiyyətlilər, raket və qumbaraatanların da istifadə edildiyi hücumda ilkin tapıntılara görə 20 mədənçinin həyatını itirdiyini, 7 mədənçinin isə yaralandığını bildirib. Ölənlər arasında Əfqanıstan vətəndaşlarının olduğunu və yaralıların xəstəxanaya göndərildiyini bildirən səlahiyyətlilər, hücum edənlərin mədəndəki bəzi maşınları yandırdığını və polisin silahlı qruplaşmanın axtarışında olduğunu bildirib.

Hücuma görə məsuliyyəti hələlik heç kəsin üzərinə götürmədiyi bildirilib.