Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var

11 Oktyabr 2024 01:26 (UTC+04:00)

Şəkidə iki avtomobil toqquşub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, “Mercedes”lə “Toyota” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Hadisə yerinə cəlb edilən Təcili Tibbi Yardım briqadası yaralılara ilkin tibbi yardım göstərib. Daha sonra hər iki şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Baş vermiş qəzanın təfərrüatları araşdırılır.