Vuçiç Rusiyanı Ukrayna ilə bağlı pisləyən bəyannamə imzalayıb

10 Oktyabr 2024 22:35 (UTC+04:00)

Serbiya prezidenti Aleksandr Vuçiç Rusiyanın Ukraynadakı hərəkətlərini pisləyən bəyannamə imzalayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə N1 nəşri yazır.

Nəşrin məlumatına görə, Serbiya lideri Xorvatiyanın Dubrovnik şəhərində keçirilən Ukrayna-Cənub-Şərqi Avropa sammitində iştirak edib.

Sammitdə Serbiya ilə yanaşı, Ukrayna prezidenti Vladimir Zelenski və Balkan regionunun digər dövlətlərinin başçıları da iştirak ediblər.

Əli Babayev