ABŞ Rusiyanın “raketli heyvanı”nı qiymətləndirdi

10 Oktyabr 2024 21:38 (UTC+04:00)

...Rusiya Hərbi Dəniz Qüvvələri üçün hazırlanmış kiçik raket gəmisi Rjev kiçik ölçülü güclü silahlara malikdir.

SİA-nın əldə etdiyi məlumata görə, “raketli heyvan” adlandırılan gəminin imkanları Amerikanın “The National Interest” nəşrində dərc olunan məqalədə qiymətləndirilib. Müəllif yazır ki, yığcam ölçülərinə - uzunluğu 67 metr və yerdəyişmə 870 ton olmasına baxmayaraq, Rjev Kalibr-NK və ya Oniks gəmi əleyhinə qanadlı raketlər və 76,2 mm-lik avtomatik topla silahlanıb.

Onun sözlərinə görə, belə kiçik raket gəmilərinin hazırlanması Rusiya Hərbi Dəniz Qüvvələrinin vurğularının kiçik, lakin çox döyüşə hazır gəmilərə doğru dəyişdiyini göstərir.

Qeyd edək ki, Rjevin təməli 2019-cu ildə Amur Gəmiqayırma Zavodunda qoyulub və gəmi 2023-cü ildə suya salınıb. Layihə 22800 Karakurt MRKs yaxın dəniz zonasında döyüş əməliyyatları aparmaq üçün nəzərdə tutulub.

Əli Babayev