...Şərq cəbhəsindəki hücumlar zamanı Rusiyanın itkiləri şəxsi heyətin 600.000-nin ölümü və yaralanması ilə sonunclanıb.
SİA-nın əldə etdiyi məlumata görə, “Politico” xəbər verir ki, bu barədə Pentaqonun anonimlik şərti ilə jurnalistlər üçün keçirdiyi brifinq zamanı bildirilib.
Qeyd olunur ki, bu itkilər Rusiya Federasiyasının 1990-cı illərdə Əfqanıstana on illik işğalı zamanı verdiyi itkilərdən 40 dəfə çoxdur.
Nəşr vurğulayır ki, son bir neçə ay ərzində rus qoşunları ukraynalıların inadla saxladıqları bir neçə əsas şəhəri ələ keçirib.
...Rusiyanın yaydan bəri hücumları kütləvi artilleriya hücumlarından, ardınca böyük qoşunların Ukraynanın güclü möhkəmləndirilmiş mövqelərinə doğru irəliləməsindən ibarət olub, nəticədə minlərlə insan həlak olub.
Moskva komandirləri, deyəsən, cəsədləri torpaqla dəyişdirmək strategiyasını seçiblər.
Bunu nəşr yazır.
İndi rus qoşunları Donbassın Donetsk bölgəsindəki Pokrovsk şəhərinə yaxınlaşırlar və onun ruslara təslim edilməsi Ukrayna qüvvələri üçün ciddi zərbə ola bilər.
Bunu da “Politico” əlavə edib.
Bu arada bir hərbi məmurun sözlərinə görə, Rusiya nisbətən “kiçik ərazi” olan Pokrovska “heyrətləndirici” sayda qoşun göndərib.
Bu isə onun öldürücü strategiyasını təsdiqləyir.
Əli Babayev