...Xaricdə yaşayan müğənni Alla Puqaçovanın Rusiyadan çıxarmağa çalışdığı antik sənət əşyaları dövlətə keçə bilər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu fikri Beynəlxalq Əntiq Əşyaları və İncəsənət Dilerləri Konfederasiyasının Qiymətləndiricilər Qildiyasının vitse-prezidenti Mixail Perçenko deyib.
İddialara görə,“Arlekin” hitinin müğənnisinin kolleksiyası 20 milyon dollar qiymətləndirilir. Qiymətli sənət əşyaları arasında 19-cu əsrə aid fransız çilçıraqı, 19-cu əsrə aid meyvə qabı, 16-19-cu əsrlərə aid heykəllər və rəsmlər var.
Ekspertin izah etdiyi kimi, yaşı 50-dən yuxarı olan əşyaları xaricə aparmaq demək olar ki, qeyri-mümkündür, xüsusən də müşayiətedici sənədlər olmadan bunu ancaq Mədəniyyət Nazirliyindən almaq olar.
...Puqaçova incəsənət obyektlərinin ixracının hər hansı səbəblərini sadalaya bilər, lakin onlar məcburedici sayılmayacaq. Bütün bunlar dövlətə gedəcək. Ola bilsin ki, o, konkret muzey kolleksiyasına yox, onun anbarlarına gedəcək.
Mixail Perçenko deyib bunu.
...Puqaçovanın ötən il Rusiyaya səfəri zamanı onun nümayəndələrinin Moskva yaxınlığındakı qədim Qryazdakı qəsrdə yerləşən əntiq əşyaların inventarını tərtib etdiyi bildirilirdi. Onun əri, şoumen Maksim Qalkinin adına rəsmiləşdirilən qədim əşyalar Şeremetyevo hava limanından xaricə göndərilmək üçün hazırlanıb, lakin gömrükdə natamam sənədlər paketi təqdim edilib və yük buraxılmayıb.
Nazlı Almuradova