...Rusiya prezidenti Vladimir Putin tərkibində nüvə silahı olan obyektlərdə və hərbi təyinatlı atom elektrik stansiyalarında sənaye təhlükəsizliyi sahəsində Rusiya Müdafiə Nazirliyinə əlavə səlahiyyətlər verib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS yazır. Rusiya Federasiyası prezidentinin fərmanı oktyabrın 10-da rəsmi hüquqi informasiya portalında dərc olunub.
Sənədə əsasən, departament bundan sonra nüvə silahlarının və elektrik stansiyalarının hazırlanması, istehsalı, sınaqları, istismarı və utilizasiyasında istifadə olunan obyektlərdə federal nəzarəti təşkil edəcək və həyata keçirəcək.
Bundan əvvəl Putinin Təhlükəsizlik Şurası ilə cəza sisteminin inkişafını müzakirə etdiyi bildirilirdi.
Əli Babayev