Sentyabrda beş milyondan çox sərnişinə xidmət göstərilib

10 Oktyabr 2024 18:55 (UTC+04:00)

Antalya hava limanı sentyabr ayında 5,1 milyon sərnişinə xidmət göstərib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Nəqliyyat və İnfrastruktur Nazirliyinin Dövlət Hava Limanları İdarəsi (DHMİ) Antalya Hava Limanının sentyabr ayına dair sərnişin və yük statistikasını açıqlayıb.

Açıqlamada Antalya Hava Limanının sentyabr ayında 4 milyon 627 min 276-ı beynəlxalq sərnişin olmaqla, ümumilikdə 5 milyon 131 min 665 sərnişinə xidmət göstərdiyi bildirilib.

Ssentyabr ayında hava limanına 28 min 728 təyyarənin endiyi, bu dövrdə 65 min 299 ton yük, poçt və baqajın daşındığı qeyd olunub.

Açıqlamada həmçinin yanvarın 1-dən sentyabrın 31-dək 31 milyon 760 min 567 sərnişinə xidmət göstərildiyi, 187 min 762 təyyarənin hava limanına eniş etdiyi və 374 min 795 ton yükün daşındığı vurğulanıb.