Fərid Qayıbov Dünya Etnoidman Konfederasiyasının baş katibini qəbul edib

10 Oktyabr 2024 17:23 (UTC+04:00)

Gənclər və idman naziri Fərid Qayıbov Dünya Etnoidman Konfederasiyasının baş katibi Əbdülhalim Aksunu qəbul edib. Qurumdan SİA-ya verilən məlumata görə, qonağı salamlayan nazir ona ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib.

Qonaq səmimi qəbul görə təşəkkür edib. Görüşdə ölkəmizdə etnoidman növlərinin inkişafı, bu növlərdə təşkil olunan tədbirlər, eləcə də ölkəmizin Dünya Etnoidman Konfederasiyası ilə mövcud əlaqələri müzakirə edilib.

Görüşdə nazir müavini Mariana Vasileva və Dünya Etnoidman Konfederasiyasının korporativ əlaqələr üzrə mütəxəssisi Azər Əbdürrəhman da iştirak ediblər.