132-134 nömrəli Təhsil Kompleksinə direktor təyin edilib. Bu barədə SİA-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, müvafiq əmrə əsasən, Aygün Mikayılova 132-134 nömrəli Təhsil Kompleksinə direktor təyin edilib.
Məlumat üçün bildirək ki, A.Mikayılova 1996-cı ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi fakültəsini bitirib. Əmək fəaliyyətinə 1996-cı ildə Bakı Avropa Liseyində müəllim olaraq başlayıb. 2005-2006-cı illərdə Bakı Avropa Liseyində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.
2015-2018-ci illərdə Bakı Avropa Liseyində direktor, 2018-2024-cü illərdə isə H.Əliyev adına Müasir Təhsil Kompleksində icraçı direktor vəzifəsində çalışıb.
Aygün Mikayılova 2008-ci ildə “Əməkdar müəllim” adına layiq görülüb.
Qeyd edək ki, təhsil müəssisəsinin bundan əvvəlki direktoru Sara Xanlarova ötən ay çalışmanın yaş həddinə çatma səbəbi ilə əmək fəaliyyətini başa vurub.