Azərbaycanın minifutbol yığması dünya çempionatında 4-cü yeri tutub

10 Oktyabr 2024 15:51 (UTC+04:00)

Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyanın Mali Loşin şəhərində təşkil olunan dünya çempionatında 3-cü yer uğrunda oyuna çıxıb. SİA xəbər verir ki, yığma Serbiya kollektivi ilə qarşılaşıb. Görüş rəqibin 5:1 hesablı qələbəsi ilə yekunlaşdığından millimiz mundialı 4-cü pillədə başa vurub.

Qeyd edək ki, Azərbaycanın U-23 yığması yeni yaradılıb və ilk dəfə dünya çempionatında mübarizə aparıb.