5 000-dən çox taksi sürücüsü daşımalardan kənarlaşdırılıb - AYNA

10 Oktyabr 2024 15:24 (UTC+04:00)

Azərbaycanda qaydalara riayət etməyən 5 000-dən çox taksi sürücüsü daşımalardan kənarlaşdırılıb. SİA bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, AYNA tərəfindən mütəmadi olaraq taksi sifarişi operatorları ilə görüşlər keçirilir və neqativ halların qarşısını almaq üçün preventiv tədbirlər görülür.

“Sərnişinlər taksi sahəsində qarşılaşdıqları problemlərlə bağlı AYNA-nın “141” Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları vasitəsilə müraciət edə bilərlər”, - deyə qurumdan bildirilib.