Biz istənilən ssenariyə hazırıq - İranın cavabı

10 Oktyabr 2024 15:15 (UTC+04:00)

İranın xarici işlər naziri Abbas Arakçi İranın raket hücumuna İsrailin mümkün cavabı barədə danışıb. Arakçi deyib ki, İran istənilən ssenariyə hazırdır, lakin müharibə və gərginlik istəmir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, müharibənin dayandırılması üçün digər ölkələr vasitəsilə ABŞ-la diplomatik kanalların açıq olduğunu bildirən Arakçi Tehranın region ölkələri ilə məsləhətləşmələr apardığını qeyd edib.

Nazir Arakçi İsrailin müharibəni bölgəyə yaymağı hədəflədiyini ifadə edərək bildirib: "Bölgədəki müqavimət qüvvələri İsrailə cavab verə bilər. Müqavimət qüvvələrinə dəstəyimiz yalnız siyasət və diplomatiya ilə məhdudlaşmayacaq. Nə lazımdırsa, onlara təklif edəcəyik".