Almaniyanın paytaxtı Berlindəki zooparkda avqustun 22-də doğulan pandalar ilk dəfə gözlərini açıblar. Həmin an kameraların yaddaşına əks olunub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, 6 həftə əvvəl doğulan panda balaları ziyarətçiləri qarşılamağa hazırlaşır.
Zooparkdan verilən açıqlamada pandaların yaşadıqları mühitə reaksiya verməyə başladığı və maraqlı davranışlar sərgilədiyi bildirilib. Panda balaları kor doğulur. Doğuşdan sonra 6-7 həftə ərzində gözlərini açırlar. 2019-cu ildə Berlin Zooparkında əkiz pandalar doğulub. Bu, Almaniyada qeydə alınan ilk panda doğulması idi.