Kross qaçışı üzrə Azərbaycan payız çempionatı keçiriləcək

10 Oktyabr 2024 13:22 (UTC+04:00)

Kross qaçışı üzrə Azərbaycan payız çempionatı keçiriləcək. SİA xəbər verir ki, bu barədə Atletika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Turnir Gənclər və İdman Nazirliyi və Atletika Federasiyasının təşkilatçılığı ilə oktyabrın 19-20-də Göygöl rayonunda keçiriləcək.