"Milton" qasırğası səbəbindən matç ləğv edildi

10 Oktyabr 2024 12:08 (UTC+04:00)

Florida bölgəsinə təsir edən "Milton" qasırğası səbəbindən NBA-da keçirilən Pelicans-Magic matçı ləğv edilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu gün qəbul edilən qərarla Amerika Milli Basketbol Liqasının (NBA) rəhbərliyi "Milton" qasırğası səbəbindən oktyabrın 11-də Kia Centerdə keçirilməsi planlaşdırılan "Orlando Magic" - "New Orleans Pelicans" mövsümöncəsi yoldaşlıq matçını ləğv edib.

NBA-nın paylaşdığı ləğv qərarında matçın yenidən təşkil edilə bilməyəcəyi də açıqlanıb.