İtaliya Belçikanı, İngiltərə Yunanıstanı sınağa çəkəcək

10 Oktyabr 2024 11:28 (UTC+04:00)

Bu gün UEFA Millətlər Liqasında III turun oyunlarına start veriləcək. SİA xəbər verir ki, A, B, C və D Liqalarında ümumilikdə 10 görüş keçiriləcək.

Günün ən maraqla gözlənilən matçı A qrupunda İtaliya və Belçika arasında olacaq. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə 22:45-də səslənəcək.

Eyni saatda B qrupunun oyununda İngiltərə Yunanıstanı sınağa çəkəcək.

A Liqası

22:45. İsrail - Fransa

22:45. İtaliya – Belçika

B Liqası

22:45. Avstriya - Qazaxıstan

22:45. İngiltərə - Yunanıstan

22:45. Finlandiya - İrlandiya

22:45. Norveç- Sloveniya

C Liqası

20:00. Latviya - Şimali Makedoniya

22:45. Farer adaları - Ermənistan

D Liqası

20:00. Moldova - Andorra

22:45. Cəbəllüttariq - San-Marino

Qeyd edək ki, üçüncü turun görüşlərinə oktyabrın 12-də yekun vurulacaq.