Geosiyasi qətiyyət olmadan sülh mümkün deyil - Zelenski

10 Oktyabr 2024 11:22 (UTC+04:00)

Ukrayna prezidenti Vladimir Zelenski Xorvatiyanın Dubrovnik şəhərində keçirilən “Ukrayna-Cənub-Şərqi Avropa Sammiti”ndə iştirak edib. Sammitdə çıxış edən Zelenski qeyd edib ki, geosiyasi qətiyyət olmadan sülh mümkün deyil. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ölkəsinin öz gələcəyi ilə bağlı müstəqil qərar verdiyini ifadə edən Zelenski bildirib: "Geopolitik qətiyyət olmadan sülh mümkün deyil. Oktyabr, noyabr və dekabr aylarında vəziyyəti sülhə və uzunmüddətli sabitliyə daşımaq üçün real imkanımız var. Döyüş meydanı bu seçimi etmək fürsəti yaradır. Bu, müharibə deməkdir. Ən gec 2025-ci ilə qədər qətiyyətlə hərəkətə keçmək lehinə seçim olacaq".

Zelenski Rusiya-Ukrayna müharibəsini bitirmək üçün hazırladıqları “Qələbə Planı”na da toxunub. Planı ABŞ prezidenti Co Baydenə təqdim etdiyini bildirən Zelenski bundan sonra planı bütün tərəfdaşları ilə paylaşacaqlarını bildirib. Planın birinci maddəsinin Avropanın geosiyasi təhlükəsizliyinin və NATO-nun gücləndirilməsi üçün lazım olan məsələlərin yer aldığını vurğulayan Zelenski fikirlərinə əlavə edib: "Ukraynanın NATO-da yeri varmı? Əgər belədirsə və bu təsdiqlənərsə, Putin geosiyasi baxımdan itirəcək".