"Qarabağ" dünya klublarının reytinqində 8 pillə GERİLƏDİ

10 Oktyabr 2024 10:37 (UTC+04:00)

"Qarabağ" dünya klublarının reytinq siyasında 8 pillə geriləyib. SİA xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) rəsmi saytında məlumat yayıb.

Azərbaycan çempionu 174,75 xalla 60-cı sırada qərarlaşıb. Ölkənin digər təmsilçilərindən "Zirə" (95,75 xal) 10 mövqe irəliləyərək 201-ci olub. 17 pillə artıran "Sabah" isə 411-cidir.

503 klubun olduğu siyahıda "Neftçi" yer almayıb.

Qeyd edək ki, İspaniyanın "Real" komandası (420 xal) liderdir. İngiltərənin "Mançester Siti" klubu (364 xal) ikinci, Almaniya təmsilçisi "Bayer 04" (362 xal) üçüncüdür.