14 500 manatı dələduzluqla ələ keçirdi, YAXALANDI

10 Oktyabr 2024 10:36 (UTC+04:00)

Bakıda dələduzluq faktı baş verib. SİA DİN-ə istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakı şəhər sakini olan bir nəfərin 14500 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 51 yaşlı E.Sadıqov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.