İsrail İrana "ölümcül, dəqiq və gözlənilməz" cavab vəd edir

10 Oktyabr 2024 10:35 (UTC+04:00)

İsrailin müdafiə naziri Yoav Qalant ölkəsinin İranın raket hücumuna cavabının “ölümcül, dəqiq və gözlənilməz” olacağını bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Sky News xəbər verir.

...Hücumumuz ölümcül, dəqiq və hər şeydən əvvəl gözlənilməz olacaq, nə baş verdiyini və necə baş verdiyini başa düşməyəcəklər, nəticələrini görəcəklər.

Yoav Qalant deyib bunu.

Nazir İranın oktyabrın əvvəlindəki raket hücumunu uğursuz adlandırıb.

...Kim bizə hücum etsə, əziyyət çəkəcək və bunun əvəzini ödəyəcək.

Bunu da Qalant deyib.

Əli Babayev