Naxçıvanda 9 ayda 8 minə yaxın "ASAN İmza" verilib

10 Oktyabr 2024 09:50 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında 7 959 "ASAN İmza" sertifikatı verilib. Bu barədə SİA Naxçıvanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, "ASAN İmza"lar 4 463 müraciət üzrə təqdim olunub.