Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

10 Oktyabr 2024 09:18 (UTC+04:00)

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb. SİA xəbər verir ki, hadisə N. Nərimanov prospektində qeydə alınıb.

Rəşid Heydərov idarə etdiyi avtomobillə piyada Daşdəmir Məmmədovu vurub.

Piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq o orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.