Gədəbəydə çay kənarında kişi meyiti aşkarlanıb

10 Oktyabr 2024 09:05 (UTC+04:00)

Gədəbəydə çay kənarından meyit aşkarlanıb. SİA xəbər verir ki, rayonun İnəkboğan kəndində eyniadlı çayın yarğanında 1980-ci il təvəllüdlü Araz Qasımovun üzərində xəsarətlər olan meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır.