Türkiyəli aparıcı Müge Anlının verilişində maraqlı anlar yaşanıb. SİA “NTV Türkiye”yə istinadən xəbər verir ki, proqrama qatılan Esma adlı qadının İbrahim adlı həyat yoldaşını Kənan İmirzalıoğluna bənzətməsi gündəm olub. O, “Yoldaşım çox yaraşıqlıdır, Kənan İmirzalıoğluna oxşayır”, - deyərək hər kəsi heyrətə salıb.
Sosial şəbəkə istifadəçiləri də bu bənzətmə ilə bağlı paylaşımlar edərək maraqlı şərhlər bildiriblər. Bəzi istifadəçilər İbrahimin İmirzalıoğluna oxşarlığını təsdiqləyərək zarafatlar edib.