Polis zabiti avtomobil qəzasında həlak olub

9 Oktyabr 2024 22:40 (UTC+04:00)

Oktyabrın 9-da saat 21:30 radələrində Bakı-Qazax yolunun Yevlax rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, "Toyota" markalı avtomobil yük maşını ilə toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü Cavid İsmayılzadə hadisə yerində həlak olub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, məzuniyyətdə olan C.İsmayılzadə polis zabitidir.