Feodosiyada yaşlı kişi yanan mənzildən xilas edilib
SİA-nın əldə etdiyi məlumata görə, hadisənin təfərrüatlarını yerli “Radio Krım” portalı Rusiya Fövqəladə Hallar Nazirliyinə istinadən yayıb.
Yanğın Simferopol şossesində yerləşən binalardan birinin ikinci mərtəbəsində yerləşən mənzildə baş verib.
Xilasedicilər 7-si uşaq olmaqla 20 nəfəri binadan çıxarıblar. Yanan mənzildən 78 yaşlı təqaüdçü də xilas edilib. Kişi hazırda xəstəxanadadır.
Bir müddət bundan əvvəl Ufada yanan mənzildə qapalı qalan uşaq da xilas edilib.
Əli Babayev