...Çərşənbə günü Ulyanovsk vilayətində avtomobil yoluna yüngül mühərrikli təyyarə enib.
Hadisənin baş vermə şəraiti Ulyanovsk Nəqliyyat Prokurorluğu tərəfindən araşdırılır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri Volqa Nəqliyyat Prokurorluğunun mətbuat xidməti yayıb.
İlkin məlumatlara görə, 2024-cü il oktyabrın 9-da günortadan sonra Ulyanovsk vilayətinin Terenqul rayonunda yüngül mühərrikli SP-38 təyyarəsi pis hava şəraiti səbəbindən Surovka kəndi yaxınlığındakı magistral yola enmək məcburiyyətində qalıb.
Pilot xəsarət almayıb. Təyyarə zədələnməyib. Hadisə yerinə Ulyanovsk nəqliyyat prokurorunun köməkçisi və istintaq qrupu gedib.
Nəqliyyat Prokurorluğu tərəfindən uçuş təhlükəsizliyi qanunvericiliyinə əməl olunması ilə bağlı yoxlama aparılır.
Əli Babayev