...Şərqi Avropa ölkələri Rusiyanın təcavüzünə müdafiə xərclərini rekord dərəcədə artırmaqla cavab verirlər.
SİA-nın əldə etdiyi məlumata görə, Bloomberg yazır ki, təkcə bu il onların məbləği 70 milyard dollar təşkil edir. Ümumilikdə NATO üzvü olan 14 ölkə müdafiə xərclərini kommunizmin süqutundan bəri görünməmiş səviyyəyə çatdırıblar.
…Onlar Ukraynaya göndərilən sovet texnikasını əvəz etmək üçün avadanlığın əhəmiyyətli hissəsini alırlar. Bundan əlavə, NATO tipli silahların daha təkmil növlərini, eləcə də müasir texnologiyalara, o cümlədən pilotsuz uçuş aparatlarına yiyələnmək lazımdır.
…20 il bu sahədə demək olar ki, heç nə etmədikdən sonra bu, birinci və ya ikinci nəsil maşınlardan birbaşa dördüncü və ya beşinci nəsil maşınlara keçiddir. Bu, 386 prosessorlu kompüterdən ən son çoxnüvəli şəbəkə həllərinə keçməyə bənzəyir.
Bunu Slovakiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Daniel Zmeko bildirib.
2021-ci ildə, Rusiyanın Ukraynaya tam miqyaslı işğalından bir il əvvəl, Avropanın ən böyük iqtisadiyyatları arasında yalnız Böyük Britaniya NATO-nun ümumi daxili məhsulun 2 faizi hədəfinə nail oldu.
…Problem ondadır ki, son 30 ildə biz 2 faiz səviyyəsində olmamışıq, ancaq 1 faiz səviyyəsində olmuşuq və bəzi ölkələr hətta 1 faizlik həddə də çatmayıblar..
Bunu Estoniyanın müdafiə naziri Hanno Pevkur bildirib.
Beləliklə, 2024-cü ilin ortalarına qədər, NATO-nun hesablamalarına görə, müdafiə xərclərinə görə alyansın liderləri:
→ Polşa – ÜDM-in 4,12 faizi
→ Estoniya – 3,43 faizi
→ ABŞ – 3,38 faizi
→ Latviya – 3,15 faizi
→ Yunanıstan – 3,08 faizi
→ Litva – 2,85 faizi
→ Finlandiya – 2,41 faizi
→ Danimarka – 2,37 faizi
→ Böyük Britaniya – 2,33 faizi
→ Rumıniya – 2,25 faizi
Əli Babayev