Zelenski oktyabrın 11-də Berlinə səfər edəcək

9 Oktyabr 2024 20:46 (UTC+04:00)

…Ukrayna prezidenti Vladimir Zelenski oktyabrın 11-də Berlinə gələcək. Səfər zamanı o, Almaniya kansleri Olaf Şolz və Almaniyanın federal prezidenti Frank-Valter Ştaynmayerlə görüşəcək.

SİA-nın əldə etdiyi məlumata görə, ABŞ prezidenti Cozef Baydenin ikitərəfli əlaqələr çərçivəsində ilk səfəri üçün oktyabrın 10-da Berlinə uçacağı əvvəlcədən planlaşdırılırdı. Oktyabrın 8-də Vaşinqton Baydenin səfərinin Milton qasırğası səbəbindən təxirə salındığını elan edib.

Bununla əlaqədar, Amerika prezidentinin Almaniya və digər Avropa ölkələrinin liderləri ilə planlaşdırılan görüşləri, eləcə də Ukraynaya hərbi yardımla bağlı Ramşteyn formatında təmas qrupunun görüşü ləğv edilib.

Yeri gəlmişkən, Almaniya hökuməti Baydenin səfərinin ləğvi səbəbindən Fransa prezidenti Emmanuel Makron və İngiltərə baş naziri Keir Starmerin Almaniyaya gəlməyəcəklərini açıqlayıb.

Əli Babayev