...Fitnes-blogger və Playboy modeli təyyarədə biznes-klassa yumurtalı nahar qutusu götürdü və naharının “iyli” qoxusu ilə sərnişinləri qəzəbləndirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə New York Post tabloid yazır.
32 yaşlı Vanusa Freitas aviaşirkətin adını açıqlamadan hadisənin Böyük Britaniyadan İspaniyaya uçan təyyarədə baş verdiyini etiraf edib.
Qız, sosial şəbəkələrdə abunəçilərə tez-tez öyündüyü “heykələbənzər” fiquru qorumaq üçün ciddi pəhrizə riayət etdiyini deyib.
Freitas ayda 250 yumurta və təxminən 13 kiloqram şirin kartof yeyir və getdiyi yerdə bu əşyaları nahar qutusunda aparır.
…Amma bu dəfə belə olmayıb.
…Uçuşa mindim və təbii ki, yemək gətirdim. İnsanların mənə qəribə baxdığını hiss etdim, amma buna çox əhəmiyyət vermədim. Yalnız stüardessa gələndə başa düşdüm ki, qoxu başqalarını narahat edir.
Bunu Freitas danışıb.
Uçuş bələdçisi bloqqerə deyib ki, onun yeməyindən qoxu gəlir və digər sərnişinlər buna görə bütün nahar qutusunu atmağı təklif edirlər.
Nəşrin məlumatına görə, model hələ də ekipaj üzvlərini uçuşun sonuna qədər nahar yeməyini konteynerdə qoymağa razı sala bilib.
Nazlı Almuradova