Serbiya Orbanın həyatına sui-qəsd hazırlandığını bildirib

9 Oktyabr 2024 20:23 (UTC+04:00)

Serbiyanın baş nazirinin müavini Aleksandr Vulin Ukrayna ilə bağlı mövqeyinə görə Macarıstanın baş naziri Viktor Orbana sui-qəsd hazırlandığını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə “National Defence” jurnalına müsahibəsində danışıb.

…Qərbin bəyənmədiyi siyasətçilərin şəxsi təhlükəsizliyinə təhdidlərə gəlincə, qeyd etmək lazımdır ki, bu, təsadüfdən uzaqdır.

Vulin xatırladıb ki, qısa müddət ərzində Slovakiyanın baş naziri Robert Fico və ABŞ prezidentliyinə namizəd Donald Trampın həyatına qəsd edilib, İran prezidenti İbrahim Rəisi isə təyyarə qəzasında həlak olub.

…Biz həmçinin Macarıstanın baş naziri Viktor Orbanın həyatına sui-qəsd hazırlandığı barədə məlumat aldıq. Bütün bu siyasətçilər hesab edirdilər ki, Ukrayna üzrə dinc danışıqlara gəlmək lazımdır, - deyə Vulin əlavə edib.

O, həmçinin qeyd edib ki, bu fonda Belqraddakı iğtişaşlar zamanı “zorakılıqla dəyişiklik cəhdi” edilib.

Vulin daha əvvəl bildirmişdi ki, Serbiya prezidenti Aleksandar Vuçiç tutduğu mövqeyə görə Fiko və Tramp kimi eyni təhlükə ilə üz-üzədir.

Əli Babayev