Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş oktyabrın 10-11-də Türkmənistana rəsmi səfər edəcək.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Numan Kurtulmuş Türkmənistanın paytaxtı Aşqabadda böyük türk şairi Mahtumqulu Firakinin 300 illik yubileyi münasibətilə keçiriləcək "Beynəlxalq zaman və sivilizasiya arasındakı əlaqə: müasir dünya və inkişafın təməli" forumuna qatılacaq.
Numan Kurtulmuş forum çərçivəsində ikitərəfli görüşlər keçirəcək, Türkmənistan parlamentini ziyarət edəcək və parlament sədri Dünyagözəl Gülmanova ilə bir araya gələcək.
Parlament sədri Numan Kurtulmuşun Türkmənistanın ümummilli lideri və Türkmənistanın Ümummilli Lideri və Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və prezident Serdar Berdiməhəmmədovla da görüşü gözlənilir.