Belarusiyada “Ouşenin doqquzuncu sevgilisi” tapılıb...

10 Oktyabr 2024 00:45 (UTC+04:00)

...Deməli, Minskdə fırıldaqçılar haqqında yeni film üçün əsas ola biləcək əsl detektiv hekayə yaşanıb. 74 yaşlı təqaüdçü məşhur fırıldaqçı haqqında çəkilmiş bir sıra filmlərdən ilhamlanaraq özünü “Ouşenin doqquzuncu dostu” adlandırıla biləcək yüksək səviyyəli cinayət işinin mərkəzində tapıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “tochka.by” yazır.

...Hər şey ötən ilin sonunda yaşlı qadının ərinin naməlum şəkildə yoxa çıxması barədə polisə müraciət etməsi ilə başlayıb. Qadın, ərinin xaricə getdiyini və onunla artıq neçə müddətdir ki, ünsiyyətini kəsdiyini deyib.

Minsk şəhər Oktyabr Rayon Daxili İşlər İdarəsinin əməkdaşları araşdırmalara başlayıblar.

Və sonradan, yerli müstəntiqlərin müəyyən etdiyi kimi, məsələnin daha mürəkkəb olduğu ortaya çıxıb.

...Yenə deməli, bir neçə il əvvəl cütlük Avropa Birliyi ölkələrindən birinə qızlarını ziyarət etməyə gediblər və kişi təəssüf ki, orada ölüb. Belarusa qayıdan təqaüdçü vaxt itirməmək qərarına gəlib və o, mərhum ərinə bənzəyən tanışından birgə əmlaka sərəncam vermək üçün etibarnamə verməsini xahiş edib.

Qadın bu sənədin köməyi ilə mənzili qızına keçirib, daçasını və avtomobilini satıb. Ancaq bu, hamısı deyilmiş! Üç il ərzində o, ərinin pensiyasının hesablanmağa davam etdiyi bank kartından istifadə edib.

Kartın müddəti bitəndə təqaüdçü hərəkətə keçməyin vaxtı çatdığına qərar verir və ərinin itdiyi barədə polisə xəbər verir.

Halbuki həmən döbrdə dövlətə dəyən zərərin məbləği 22 mini keçibmiş.

İndi müstəntiqlər külli miqdarda dələduzluq maddəsi ilə cinayət işi açıblar.

...Maraqlıdır ki, yerli hüquq mühafizə orqanları belə şeyləri təkrarlamamaəl məsləhət görürlər - axı, hətta ən hiyləgər hərəkətlər belə gec-tez kədərlə başa çatır..?

Əli Babayev