Almaniyanın “Nürnberq” futbol klubunun baş məşqçisi Miroslav Kloze futbolçusu Mahir Emreli haqqında danışıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, çalışdırıcı 27 yaşlı forvardın komandanın digər hücumçusu Stefanos Tzimasla qarşılıqlı anlaşmasından söz açıb.
O, “Preussen Munster”lə oyunu (3:2) dəyərləndirərkən, Emrelinin Tsimasla əlaqələrinin getdikcə yaxşılaşdığını bildirib: “Emreli ilə Tsimas arasındakı anlaşma getdikcə yaxşılaşır. Hələ də məşqdə bəzi şeylər üzərində işləməliyik, ancaq beynəlxalq fasiləyə görə belə imkanımız yoxdur. Lakin futbolçularımız beynəlxalq vəzifədən qayıdanda çox şey edə bilərik”.