ABŞ Prezidenti Co Baydenin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta Azərbaycanda səfərdədir. SİA xəbər verir ki, bu barədə ABŞ səfirliyinin məlumatında bildirilib.
Con Podestanın səfəri COP29-un konfransqabağı görüşlərində iştirak etmək və kritik iqlim məsələlərində Azərbaycanla ABŞ əməkdaşlığını gücləndirmək məqsədi daşıyır.