İsrail döyüş təyyarələrinin Livanın şərqindəki Baalbek şəhərinə təşkil etdiyi hava hücumu nəticəsində 1 nəfər ölüb, aralarında qadınlarında olduğu yaralılar var. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail döyüş təyyarələrinin Baalbekin qərbindəki Saide qəsəbəsinə təşkil etdiyi hücumda 1 nəfər ölüb, 3-ü eyni ailədən qadın olmaqla çox sayda insan yaralanıb.
Digər tərəfdən, Hizbullah İsrail tərəfində mülki yaşayış məntəqələri və hərbi bölgələri hədəf alan raketlər, PUA və artilleriya atəşi ilə hücumlara cavab verir.
İsrailin 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda təxminən 17 mini uşaq, 11 min 378-i qadın olmaqla 41 min 965 fələstinli həyatını itirib, 97 min 590 nəfər isə yaralanıb. Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.
2023-cü il oktyabrın 8-dən Hizbullahla nəzarətli toqquşmaları davam etdirən İsrail ordusu sentyabrın 23-də Livanın cənub şəhərləri ilə yanaşı Bekaa və Baalbek bölgələrinə də yüzlərlə hava zərbəsi endirib.
Livan Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü il oktyabrın 8-dən bəri 104-ü uşaq və 194-ü qadın olmaqla, ümumilikdə 2119 nəfər dünyasını dəyişib.