Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbdə ilk tədris günü başlayıb. SİA xəbər verir ki, tədrisin başlaması ilə əlaqədar keçirilən tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev və digər rəsmi şəxslər, məktəb kollektivi, Cəbrayıl şəhər sakinləri iştirak edirlər.
Məktəbdə 40 sinif otağı və 5 inzibati otaq var. Sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib.
Təhsil ocağında həmçinin kimya, fizika, biologiya laboratoriyaları, texnologiya və informatika otaqları, 4 STEAM otağı, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb.