Azərbaycan və ICCD islam maliyyəsi ilə bağlı perspektivləri müzakirə edib - FOTO

9 Oktyabr 2024 10:22 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) və İslam Ticarət və İnkişaf Palatası (ICCD) arasında ölkədə islam maliyyəsi ilə bağlı perspektivlər müzakirə edilib. SİA xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"ICCD-nin baş katibi və Albaraka Banklar Qrupunun baş icraçı direktorunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdən məmnun olduq. Görüşdə Azərbaycanın bank sektoru ilə potensial əməkdaşlıq imkanları, ölkədə islam maliyyəsi sahəsində görülən işlər və perspektivlər ətrafında fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.