İsrail son 24 saatda Qəzzada 57 fələstinlini öldürüb

9 Oktyabr 2024 10:19 (UTC+04:00)

Dünən səhər saatlarından etibarən İsrailin Qəzza zolağının müxtəlif bölgələrində həyata keçirdiyi hücumlarda 57 fələstinli ölüb, çoxlu sayda insan yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Basalın açıqlamasına görə, İsrail ordusunun Qəzzanın şimalında həyata keçirdiyi 6 hava hücumunda 15 fələstinli həyatını itirib. Qəzza vilayətində İsrail ordusunun həyata keçirdiyi 2 hücumda 2 nəfər ölüb. Qəzza zolağının mərkəzi hissəsində, Deyr əl-Belahda İsrailin çoxsaylı aviazərbələri nəticəsində 29 fələstinli həyatını itirib.

İsrailin bu hücumlarında çoxlu insan yaralanıb. Qəzza zolağının cənubundakı Rəfah şəhərində İsrailin hücumları nəticəsində həlak olan 11 nəfərin cəsədi tapılıb.