ADNSU dünya universitetlərinin reytinq siyahısında

9 Oktyabr 2024 09:50 (UTC+04:00)

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) olan “Times Higher Education (THE) dünyanın ən yaxşı universitetlərinin reytinqi”nə daxil olub. SİA xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bununla da Azərbaycan iki ali təhsil müəssisəsi dünyanın ən yaxşı universitetləri sırasınada yer alıb. Qlobal reytinqdə Bakı Dövlət Universiteti ilə yanaşı Azərbaycan Dövlət Neft və Sənaye Universitetidə var.

Qeyd edək ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə “Times Higher Education” Beynəlxalq Reytinq Agentliyi arasında ölkədə ali təhsilin rəqabət qabiliyyətinin artırılması və qabaqcıl tədqiqat universitetlərinin yaradılması istiqamətində may ayından etibarən strateji tərəfdaşlıq davam edir.

THE-nin qlobal məsələlər üzrə baş direktoru Fil Bati qeyd edib ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetini dünya universitetlərinin ən böyük və əhatəli qlobal reytinqində görmək çox gözəldir: “Azərbaycan sosial təsirə malik dünya səviyyəli universitetlər yaratmaq məqsədilə ali təhsilin inkişafı üçün çox ciddi strateji hədəflər müəyyən edib. Ümid edirik ki, bu qətiyyət ölkənin ali təhsil müəssisələrinin THE dünyanın ən yaxşı universitetlərinin reytinqi və “THE Impact” reytinqində sayının artmasına və mövqelərinin güclənməsinə təkan verəcək”.