İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə növbəti “KOB FEST” sərgi-satış yarmarkası Zaqatalada keçiriləcək. SİA KOBİA-ya istinadən xəbər verir ki, oktyabr tarixlərın 11-13-də təşkil olunacaq yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən Zaqatala və ətraf bölgələrdən olan KOB subyektləri Agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1 (“İştirak etmək istədiyiniz tədbir” bölümündə “KOB Fest – Zaqatala” qeyd olunmalıdır).
Qeyd edək ki, “KOB FEST” sərgi-satış yarmarkasının məqsədi KOB subyektlərinin istehsal etdiyi məhsul və xidmətləri tanıtmaq və onların satış imkanlarını genişləndirməkdir.