Füzulidə avtomobil aşıb, ölən var

9 Oktyabr 2024 09:25 (UTC+04:00)

Füzulidə ölümlə nəticələnən yol qəzası olub. SİA xəbər verir ki, hadisə Horadiz şəhərində qeydə alınıb.

Almazxan Məmmədov idarə etdiyi "Mercedes" markalı avtomobili boş sahəyə aşırıb.

Nəticədə özü və sərnişini Tural Cəfərov xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Almazxan Məmmədov ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.