İsrail hərbi qüvvələri Livanda “Hizbullah” təşkilatının daha əvvəl öldürülmüş baş katibi Həsən Nəsrullanın iki varisini zərərsizləşdirib. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə yəhudi dövlətinin Baş naziri Benyamin Netanyahu Livan xalqına müraciətində bildirib.
“Biz “Hizbullah”ın imkanlarını zəiflətdik, Nəsrullanın özü də daxil olmaqla minlərlə terrorçunu, onun varisini və varisinin də varisini məhv etdik. Bu gün “Hizbullah” uzun illər ərzində olduğundan daha zəifdir”, - o deyib. Bir neçə saat əvvəl İsrailin müdafiə naziri Yoav Qalant “Hizbullah”ı lidersiz təşkilat adlandırıb və Nəsrullanın varisi hesab edilən “Hizbullah”ın icraiyyə şurasının rəhbəri Haşim Safi əd-Dinin də böyük ehtimalla məhv edildiyini açıqlayıb.
Onun sözlərinə görə, bu səbəbdən təşkilatda qərar qəbul edən və hərəkət edən yoxdur.