"Yuventus"un futbolçusu əməliyyat olunub

9 Oktyabr 2024 01:29 (UTC+04:00)

İtaliyanın "Yuventus" komandasının müdafiəçisi Qleyson Bremer əməliyyat olunub. SİA xəbər verir ki, futbolçunun UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda "Leyptsiq”lə (Almaniya) matçda sol dizindəki ön çarpaz bağları yırtılıb. Onun əməliyyatı Fransada baş tutub. 27 yaşlı oyunçunun yaşıl meydanlara qayıdacağı tarix açıqlanmayıb.