Bu gün Bakıda bu ərazilərdə qaz olmayacaq

9 Oktyabr 2024 01:40 (UTC+04:00)

Bu gün Bakının Xəzər rayonunun bəzi ərazilərində qaz olmayacaq. Bu barədə SİA-ya "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, rayonun Binə qəsəbəsində qaz xəttinin torpaq səthindən hündürlüyə qaldırılması məqsədilə 09.10.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Binə Sovxoz yaşayış ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.