İsrail ordusu "Hizbullah"ın tunelini məhv edib

8 Oktyabr 2024 21:36 (UTC+04:00)

İsrail Müdafiə Qüvvələri “Hizbullah” yaraqlılarının qazdığı tuneli məhv edib.

SİA-nın əldə etdiyi məlumata görə, “The Times of Israel” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin bəyanatında deyilir.

İsrail ordusunun qeyd etdiyi kimi, tunelin İsrail ərazisinə çıxışı olmayıb.

O, İsrailin Zarit icması ilə birbaşa üzbəüz yerləşən Livanın Marvahin kəndi yaxınlığında tikilib.

İsrail Müdafiə Qüvvələri bildirir ki, tunelin tikintisi təxminən iki il əvvəl başlayıb və o, İsrail hərbçiləri tərəfindən tezliklə aşkar edilib.

Onun tikintisini müşahidə etməyə başlayıblar. Daha sonra tunel bir neçə ay əvvəl Livanın cənubunda keçirilən reydlər zamanı əsgərlər tərəfindən aşkar edilib.

İsrail Müdafiə Qüvvələri əsgərləri tuneldə axtarış aparıb və içərisində partlayıcı maddələr və tank əleyhinə raketlər də daxil olmaqla silahlar aşkar ediblər.

Əli Babayev